Kerry ilə Lavrov görüşüb

Sergei Lavrov və John Kerry

Sürixdə ABŞ Dövlət katibi John Kerri ilə Rusiya xarici işlər naziri Sergei Lavrov arasında görüş olub.

Görüşdə əsasən Suriya münaqişəsi və yanvarın 25-də Suriya ilə bağlı Cenevrədə keçiriləcək konfransa hazırlıq məsələləri müzakirə olunub.

Rusiya xarici işlər nazirinin müavini Mikhail Bogdanov bundan əvvəl bildirimişdi ki, tərəflər Ukraynadakı vəziyyət, Minsk razılaşmasınını yerinə yetirilməsi,

Yaxın Şərqdəki durumu və Şimali Koreyanın nüvə sınağı keçiriməsini müzakirə edəcəklər.

Qeyd edək ki, Kerry ilə Lavrov ötən ilin dekabrından bu yana 4 dəfə telefonla danışıblar.