"Cihadçı John" un ölümü təsdiqlənib

Mohammed Emwazi

“İslam Dövləti” qrupu cihadçı John kimi tanınan Mohammad Emvazinin ölümünü təsdiqləyib.

O yaraqlıların əlində olan qərbli girovları üdam etməklə məşhur idi.

“İslam Dövləti” qrupunun saytında yerləşdirilən məlumata görə, Emvazi ötən il noyabrın 12-da maşınla gedərkən pilotsuz təyyarədən raketlə vurulub.

Pentaqon da hələ ötən ilin noyabrında onun maşınının Raqqa şəhərində havadan məhv edildiyini bildirmişdi.

Raqqa “İslam Dövləti” qrupunun paytaxtı hesab olunur.

Emvazinin ilk qurbanı 2012-ci ildə Suriyada ələ keçən amerikalı jurnalist James Fouli olub.

Bunda n sonra o daha iki amerikalı, iki britaniyalı, yaponiyalı jurnalist və daha bir neçə girovu edam edib.

27 yaşlı Emvazi əslən Küveytdəndir, 6 yaşında ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb.