Messi ilə Suarez 1/4 finalda oynamırlar

Foto arxiv

Lionel Messi "Atletik"ə qarşı oyunda meydana çıxmayacaq.

Söhbət İspaniya kubokunun 1/4 finalında "Atletik"ə qarşı ilk görüşdən gedir.

İspaniya mətbuatının yazdığına görə, yüngül zədəyə görə Messinin adı əsas heyətə salınmayıb.

“Barselona” nın digər futbolçusu Luis Suares də cəza səbəbindən "Atletik"ə qarşı oynaya bilməyəcək.

"Atletik" - "Barselona" oyunu yanvarın 20-də keçiriləcək.