Moskva Suriyaya görə tənqid olunur

Ash Carter

-

ABŞ, Britaniya və Fransanın müdafiə nazirləri Rusiyanın Suriya münaqişəsindəki rolunu tənqid edir, Moskvanı İslam Dövləti (İD) silahlı qruplaşmasıyla vuruşan müxalifət qüvvələrinin vurulmasına son qoymağa çağırıb.

ABŞ Müdafiə naziri Ash Carter yanvarın 20-də bildirib ki, rusiyalılar “strateji, bəzi hallarda isə taktiki baxımdan səhv yoldadırlar”.

O, Parisdə İŞİD-ə qarşı koalisiya üzvü ölkələrin yeddi müdafiə naziri ilə görüşdən sonra danışıb. “Rusiya ilə daha geniş əməkdaşlıq üçün bazamız yoxdur”, Carter söyləyib.

Rusiya Suriyada “terrorçuları” bombaladığını bildirir.