Moldovada etiraz aksiyası davam edir

Foto arxiv

Yanvarın 21-də Moldovanın paytaxtı Kişinauda hökümət əleyhinə nümayişə çıxıb.

Ölkə parlamenti bundan bir gün əvvəl yeni hökumətin tərkibini təsdiqləyib.

Parlament binasının qarşısına toplaşan təxminən 7 min aksiyaçı baş nazir Pavel Filip və onun kabinetinə etiraz edirlər.

Aksiyaçılar ölkədə vaxtındanəvvəl seçki keçirilməsini tələb edirlər.

Aksiyaçılar yanvarın 20-də parlament binasına soxularkən polislə qarşıdurma yaranıb.

Polislər də daxil olmaqla azı 10 nəfər yaralanıb.

Ötən iin oktyabrından bu yana korrupsiya qalmaqalına görəMolovada siyasi böhran yaşanır.