Rusiya rəsmiləri rubla görə yığışır

Sergei Kalashnikov

“Rusiyanın mərkəzi bankı rublun konvertləşdirilməsini ləğv etməli və ABŞ dolları və digər əsas valyutalara nisbətdə 40 rubl səviyyəsində kəskin kurs təyin etməlidir”.

Bunu RİA Novosti-yə Federasiya Şurasındakı iqtisadi məsələlər komitəsinin sədr müavini Sergei Kalashnikov deyib.

Onun sözlərinə görə, rublun indiki məzənnəsinin dünyadakı maliyyə prosesləri və ya neftin qiyməti ilə heç bir əlaqəsi yoxdur, birbaşa bankların möhtəkir oyunu ilə bağlıdır.

“Bank Rossiya” yanvarın 21-də rublun kəskin düşməsinə bankirlərin fövqəladə iclasını çağırıb.

Həmçinin bankın rəhbəri Elvira Nabiullina beynəlxalq iqtisadi forumda iştirak etmək üçün Davosa səfərini təxirə salmalı olub.

O yanvarın 22-də foruma qatılmalıydı.

Yabvarın 21-də 1 ABŞ dolları Moskva birjasında 84, hətta qısa müddətə 86 rubl olub.

Dünya bazarında neftin kəskin ucuzlaşması Rublu silkələyib.

Bundan başqa Ukrayna böhranına görə Moskvaya qarşı beynəlxalq sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurur.