Ermənistan millisinin üzvü "Beshiktaş"da

Aras Özbiliz

Moskvanın “Spartak” klubunda oynayan erməni futbolçu Aras Özbiliz Türkiyənin “Beşiktaş” klubuna keçib.

Bu barədə Türkiyənin “Milliyet” qəzeti yazır.

Ermənistan millisinin üzvü olan 25 yaşlı futbolçu indi doğulduğu İstanbul klubunun şərəfini qoruyacaq.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, Özbiliz yanvarın 21-də müqavilə imzalamaq üçün İstanbula yollanıb.

“Beşiktaş” onunla 4 il yarımlıq müqavilə imzalamaq fikrindədir.

Məlumata görə, Türkiyədə ermənilərin ən çox azarkeşlik etdiyi klub “Beşiktaş”dır.