Fransa şirkəti Azərbaycanı tərk edib

-

Fransanın “Technip Maritime Overseas LTD şirkəti”nin Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Bu barədə Vergilər Nazirliyinin rəsmi qəzeti məlumat yayıb.

“Technip Maritime Overseas LTD” – neft avadanlıqlarının emalı, boru kəmərlərinin tikintisi ilə məşğul olur.

Şirkətin Bakı nümayəndəliyi 1993-cü ildə fəaliyyətə başlamışdı.