-
"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 23-ə təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb.
Təyyarə yerli vaxtla saat 22:55-də İstanbuldan uçmalı idi.
Aviaşirkət yanvarın 22 və 23-də İstanbulun Atatürk və Sabiha-Kökcan hava limanlarından xaricə və ölkəiçi 50-dən çox uçuşunu ertələyib.
Son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.