Manatın məzənnəsi - 22.1.2016

Manat

-

Mərkəzi Bankın keçirdiyi hərracda 1 ABŞ dolları 1.6028 manat olub.

Bu, yanvarın 22-nə olan məzənnədir.Avro isə 1.7365 manat dəyərləndirilib.

Ötən ilin əvvəli və sonunda manat dollara nisbətdə üst-üstə 2 dəfə dəyərini itirdi. Mərkəzi Bank ikinci devalvasiyanı «üzən məzənnə» siyasətinin tətbiqi ilə izah edir.

Neft Fondu təkcə bu ay hərraca300 milyon dollardan çox vəsait çıxarıb. Ancaq bir çox banklar dollar satışını dayandırıb.