AYB şeir müsabiqəsi keçirir: yalnız heca vəzni üçün

AYB

-

Azərbaycan Yazıçılar Birliyi "Bir Bənd Şeir - 2" adlı müsabiqə elan edib. Müsabiqə haqqında rəsmi elan belədir:

"Müsabiqədə yeni yazılmış və yalnız bir bənddən ibarət (heca) şeirlər iştirak edə bilər. Müsabiqədə hər müəllifin yalnız bir şeirlə iştirakı mümkündür. Müəllifin fotosu vacibdir.

Müsabiqə 01 mart tarixinə qədər davam edəcək. Nəticələr Beynəlxalq Poeziya Bayramı ərəfəsində açıqlanacaq.

Qaliblərə (I, II, III yerlər) qiymətli hədiyyələr və diplomlar təqdim ediləcək."