-
Ötən il Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Almaniya, Rusiya və Türkiyə olub.
Bu barədə Dövlət Gömrük Komitəsinin 2015-ci il üzrə hesabatında bildirilir.
Ölkəyə idxal olunan məhsulların böyük hissəsi - 15 faizi Rusiyanın payına düşür. İlk beşlikdə 12 faizlə Türkiyə, 9 faizlə ABŞ, 7 faizlə Almaniya və 6 faizlə İtaliya da var.
İdxalın 10 faizini yeyinti məhsulları, 26 faizini maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri təşkil edib.
Azərbaycanın mal ixrac etdiyi əsas ölkələr isə İtaliya, Almaniya, Fransa, İsrail və Çexiyadır. Ölkə ixracının əsas məhsulu neft, neft məhsulları və təbii qazdır. 2015-ci ildə bunlar ixracın 85, meyvə-tərəvəzçilik isə 3 faizini tutub.