-
Rusiya Ermənistandan ət və süd məhsullarının idxalına qadağa qoyub.
TASS İnformasiya Agentliyi xəbər verir ki, kənd təsərrüfatı sahəsinə nəzarət edən “Rusiyaselxoznadzor” yanvarın 20-dən bu məhsullara müvəqqəti məhdudlaşdırma tətbiq edib.
Qadağa dabaq xəstəliyi (heyvanlarda) ilə bağlı qeyri-stabil epizotik vəziyyətlə və bu xəstəliyin Rusiya ərazisində yayılma riskinin artması ilə əlaqədardır, - “Rusiyaselxodnadzor”un rəhbərliyi bildirib.
Bundan başqa, virusu məhv edən temperaturda emal olunmayan süd və süd məhsulları da qadağa siyahısındadır.
Bununla yanaşı Rusiya bildirib ki, Ermənistanın dabaq xəstəliyi ilə mübarizə aparması üçün yeni vaksin hazırlayacaq.