Sharapova 600-cü qələbəyə imza atdı

Maria Sharapova

Rusiyalı tenis ulduzu Maria Sharapova karyerası dövründə 600-cü görüşünü udub.

O Avstraliyada keçirilən açıq cemionatda amerikalı Loren Devisə (Lauren Davis) 4-cü raundda qalib gəlib.

Sharapova karyerasına 6 yaşında olarkən Moskvada keçirilən turnirdən başlayıb.

9 yaşında məşq etmək üçün ABŞ-a gedib.

Forbes jurnalının yazdığına görə “Böyük Dəbilqə” (Grand Slam) turnirinin beşqat qalibi Sharapova 2015-ci il sezonunda təxminən 30 milyon dollar qazanıb.

O Forbes jurnalında 11 il dalbadal ən çox qazanan qadın atletdir.

Sharapova oyundan sonra jurnalistlərə deyib ki, həqiqətən də peşəsini sevdiyini, 28 yaşında sağlam olduğunu və səbirsizliklə uzun illər oynamaq arzusunda olduğunu deyib.

Sharapovanın açıq Avstraliya turnirində növbəti rəqibi isveçrəli Belinda Becicdir.