Formula 1-in start vaxtı açıqlandı

-

Bakıda keçiriləcək Formula-1 yarışının startı iyun ayının 19-da yerli vaxtla saat 18:00-da veriləcək. Bu haqda Formula-1 Avropa Qran-Prisinin promouteri Bakı Şəhər Halqası şirkəti öz saytında məlumat yayıb.

Əməliyyat şirkəti ictimaiyyətə bilgi verib ki, yarış günü Bakıda günəşin saat 21:14-də batacağı proqnozlaşdırılır və yarışın başlanma vaxtı ilə günəşin batması arasındakı 3 saatlıq müddət Avropa Qran-Prisinin açılışını hava qaralanadək yekunlaşdırmağa imkan verəcək.