Keçmiş futbolçuların borcunu ödəmək üçün FiFA-nın “Xəzər Lənkəran”a verdiyi müddət yanvarın 22-də başa çatır.
Klubdan Qol.Az-a verilən məlumata görə, FİFA-ya heç bir ödəniş edilməyib və maliyyə imkanı olmadığından, veriləcək cəzanı gözləyir.
FİFA-nın qərarı yanvarın 23-də bəlli olmalıdır.
Komandanın 6 xalı silinə və ya Avropa kuboklarından 2 illik kənarlaşdırıla bilər.
Bundan başqaFİFA “Xəzər Lənkəran”a əlavə müddət verə bilər.
Bu vaxt ərzində nəzərdə tutulan borclar ödənilməsə, onda klub I diviziona göndəriləcək.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın keçmiş futbolçuları Qalin İvanov, Eder Bonfim və Renato Moreyra-ya 800 min dollar borcu var.