Ziyalılar Kadyrovun istefasını tələb edir

Kadyrov

Rusiyanın “Ziyalılar konqresi” öz saytında Çeçenistan lideri Ramzan Kadyrovun istefası tələbi ilə 10 mindən çox imza toplayıb.

Buna səbəb Kadyrovun bu günlərdə “sistemsiz Rusiya müxalifəti”ni xalq düşmənləri və satıqn adlandırması olub.

Kremlin sözçüsü Dimitry Peskov isə vəziyyəti qızışdırmamağa çağırıb və bildirib ki, Kadyrov ölkənin qanuni siyasi meydanında olmayan müxalifətçiləri nəzərdə tutur.

Yanvarın 22-də isə Qroznıda Kadyrova dəstək mitinqi keçirilib.

Polisin məlumatına görə mitinqdə 500 minədək adam iştirak edib.

Qeyd edək ki, Çeçenistanın 1 milyon 300 min əhali var ki, bunun 280 mini Qroznıya aiddir.

Onların əllərində Kadyrovu tənqid edən Rusiya müxalifətçilərinə qarşı şüar və plakatlar olub.