-
ABŞ-ın şərqində hökm sürən qar çovğunu ilə bağlı ölənlərin sayı 18 nəfərə çatıb. Minlərlə aviareys təxirə salınıb.
Associated Press agentliyinin məlumatına görə, ölənlərin yarıdan çoxu qəzalarda, iki nəfər isə donvurmadan ölüb. 11 ştatda fövqəladə vəziyyət elan edilib. Vaşinqton və Nyu-Yorkda isə nəqliyyatın hərəkətinə qadağa qoyulub.
200 mindən artıq insan işıq və istiliksiz qalıb.