Türkiyədə azı 10 nəfər saxlanıb

Sultanahmet meydanı, 12 yanvar, 2016-cı il

-

Türkiyədən gələn məlumatlara görə, Ankarada polis İslam Dövləti (İD) ekstremist qrupuna üzvlər toplamaqda şübhəli bilinən azı 10 nəfəri saxlayıb.

Anadolu agentliyinin məlumatına görə, antiterror əməliyyatı yanvarın 25-də səhər aparılıb.

Türkiyə hakimiyyəti yanvarın 12-də İstanbulda intiharçı hücuma görə İD-ni ittiham edib. Həmin hücumda 10 turist həlak olub. Ötən il Ankarada 103 nəfərin ölümünə səbəb olmuş intiharçı hücumların arxasında da İD-nin durduğu güman edilir

Türkiyə Suriya ilə sərhədini möhkəmləndirməyə çalışır. Anti-İD koalisiyası da bu ölkədəki bazalardan istifadə edir.