-
Misir avtoritar lideri Hosni Mubarak-ın devrilməsi ilə nəticələnmiş xalq üsyanının beşinci ildönümünü qeyd edir.
Paytaxt Qahirədə təhlükəsizlik gücləndirilib, gənclərin, demokratiya fəallarının çox toplaşdığı şəhər mərkəzində təhlükəsizlik yoxlamaları aparılır.
2013-cü ildə islamçı prezidenti Muhammad Morsi devrilib. 2014-cü ildən prezident postunda olan Abdel-Fattah el-Sissi minlərlə islamçını, dünyəvi fəalları həbs etdirib.
Son 2 gündə etdiyi çıxışlarda el-Sissi hər hansı iğtişaşın qətiyyətlə yatırılacağını bildirib.