Putin:"Suriyada əməliyyat davam etdiriləcək"

Vladimir Putin

“Rusiyanın Suriyada keçirdiyi hava əməliyyatları nə qədər lazımdırsa davam etdiriləcək”.

Bunu yanvarın 25-də Stavropolda tələbələrə Rusiya prezidenti Vladimir Putin deyib.

O Şimali Qafqazdakı federal universitetdə çıxış edərkən deyib ki, Moskvanın məqsədi prezident Bashar Assadın terrorçular üzərində hərbi qələbəsinə kömək etməkdir.

Putin qeyd edib ki, Rusiyanın fikri Suriyanın dövlət strukturuna müdaxilə etmək yox, Suriya və digər region ölkələrinin üzləşdiyi problemi həll etməkdir.

Putin qeyd edib ki, Suriya ordusunun vahid tapşırığı xalqa, terrorçuluqla mübarizə aparan qanuni Suriya hökumətinə kömək etmək və Suriya ərazisindəki terrorçuları zərərsizləşdirməkdir.

Qeyd edək ki, Putinin bu çıxışından bir gün əvvəl Rusiyanın Suriyanın şərqində keçirdiyi hava əməliyyatı zamanı 9 uşaq da daxil olmaqla azı 63 nəfər ölüb.

Rusiya Suriya münaqişəsində Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə Assada qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.