İran bankları Londona qayıda bilər

-

Britaniyada müvafiq dairələr İranın iki bankına Londonda işləməyə icazə vermək məsələsini götür-qoy edirlər.

Melli Bank və Persia International Bank yalnız “Bank of England”ın kriteriyalarına cavab verəcəkləri halda Birləşmiş Krallıqda işləyə biləcək.

Tehranın dünya gücləri ilə imzaladığı nüvə sazişi çərçivəsində beynəlxalq sanksiyalar yanvarın 16-da qaldırılıb.

Bu, İran banklarının Britaniyanın qayıtmasına da yol açır.

Bir neçə həftəyə İran beynəlxalq bank dünyasına qoşulur, belə ki, beynəlxalq maliyyə qurumları SWIFT şəbəkəsiylə İran banklarına qoşulmaqdadır.