-
Azərbaycan Mərkəzi Bankının yanvarın 26-a olan məlumatına görə, 1 ABŞ dolları 1.6052 manatdır. Bir gün öncə dollar 1.6054 manat idi.
Avro da cüzi ucuzlaşıb. 1 avro 1.7418 manatdır.
Ötən ilin fevralında Mərkəzi Bank manatın 33-34 faizlik devalvasiyasını, ilin sonunda üzən məzənnəyə keçidini elan etdi. Bundan sonra manat qısa zamanda ucuzlaşmağa başlasa da, hökumətin müdaxiləsindən sonra proses nisbətən yavaşlayıb.