Amnesty İranı tənqid edir

İrandakı edamlara etiraz aksiyası, Nyu York şəhəri, arxiv fotosu

-

Amnesty International hüquq-müdafiə təşkilatı yanvarın 26-da yaydığı yeni hesabatda İranda onlarla gəncin yeniyetmə olarkən törətdiyi cinayətlərə görə edamını pisləyib.

Hesabatda bildirilir ki, onlarla insan zorlama, qətl, narkotik maddədən istifadə kimi cinayətləri 18 yaşı olmamış törədib. Qurum İranın 2005-2015-ci illərdə azı 73 belə gənci edam etdiyini vurğulayır.

İran rəsmiləri ədliyyə sistemində islahat apardığını, yaşı 18-dən az olanlara ölüm cəzası kəsmədiyini deyir. Ancaq Amnesty-nin İran üzrə mütəxəssisi Elise Auerbach söyləyir ki, bu islahatlar kağız üzərində qalıb, yeniyetmələrə ölüm cəzası kəsilib.

Bu arada Tehran nüvə sazişindən sonra Qərblə münasibətləri düzəltməyə çalışır.