“Putin korrupsionerdir” ittihamına cavab

Vladimir Putin

-

Kreml ABŞ rəsmisinin “Putin korrupsionerdir” deməsinə cavab verib, bu sözlərin “rəsmi ittihama” bərabər olduğunu bildirib.

ABŞ Maliyyə Nazirliyinin rəsmisi Adam Szubin BBC-yə müsahibəsində demişdi ki, Rusiya prezidenti gizli sərvət toplayıb. O, Putin-in rəsmi açıqlanan sərvətinin qat-qat az olduğunu söyləyib.

Putin daha öncə də oxşar məlumatları təkzib edib, “cəfəngiyat” adlandırıb.

Birləşmiş Ştatlar rusiyalı biznesmenlərdən bəzilərinə sanksiyalar qoyub.