AFFA-nın İntizam Komitəsi yanvarın 26-da “Rəvan” klubunu cəzalandırıb.
Qol-azın məlumatına görə, komitə keçmiş futbolçu Artur Kotenko ilə bağlanmış müqavilənin şərtlərinə əməl etmədiyinə görə klubun 6 xalını silib.
Məlumata görə, FIFAyanvarın 21-də -ya məktub göndərərək FIFA-nın İntizam Komitəsinin “Rəvan” və “Bakı” klubları haqqında qərar qəbul etdiyini bildirib.
AFFA-nın nizam-intizam komitəsi həmçinin keçmiş futbolçusu Dejan Brankoviçlə bağlanmış müqavilənin şərtlərinə riayət edilmədiyi üçün “Bakı” klubunun 3 xalını silib.
Xatırladaq ki, bundan öncə AFFA FİFA-nın müraciəti əsasında "Bakı"nın 6 xalını da silmişdi.