Fransada taksi sürücüləri yanvarın 26-da Parisdəki dairəvi yol da daxil olmaqla hava limanı və digər şəhərlərə gedən əsas yolları bağlayıblar.
Onlar nəqliyyat bazarındakı ümumi vəziyyət, o cümlədən özəl sürücüləri işə qəbul edən “Uber” taksi xidmətinə etiraz bildiriblər.
Parisdə aksiyaya çıxan 1200 sürücüdən 19-nun saxlandığı bildirilir.
Həmçinin aviadispeçerlər,xəstəxana işçiləri, müəllim və uşaq bağçalarının işçiləri yanvarın 26-da tətilə çıxıblar.
Onlar əməkhaqlarının artırılmasını tələb edirlər.
Tətilə görə yüzlərlə hava reysi təxirə salınıb.