-
Keçmiş müstəntiq Rüfət Səfərova təhdidlərlə bağlı polisə müraciət edilib. Bunu “Azadlıq Radiosu”na vəkili Bəhruz Bayramov bildirib.
Vəkil müraciətə səbəb kimi bir neçə gün R.Səfərova naməlum zənglər zamanı ölümlə təhdid olunmasını göstərib. B.Bayamov müraciətində polisdən zəng vuranların kimliyinin araşdırılmasını tələb edib: “Mediaya xəbər verəndən sonra zənglərin arası kəsilib, amma bu zənglərin davam etməyəcəyi anlamına gəlməz və ya başqa mənəvi səpkili terror olmayacağına zəmanət yoxdur. Səbəbkarların tapılmasını və cəzalandırılmasını tələb edirik”, deyə vəkil bildirib. B.Bayramov zəng edən şəxslərin keçmiş müstəntiqi və ailə üzvlərini ağır formada təhqir etdiklərini, ölümlə hədələdiklərini söyləyib.
2015-ci il dekabrın 21-də R.Səfərov bəyanat yayaraq prokurorluq sistemindən istefa verdi. 2016-cı ilin yanvarın15-də Binəqədi rayon məhkəməsi onun barəsində 3ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçdi. Ona qarşı Cinayət məcəlləsinin rüşvət tələb etmək maddəsilə ittiham irəli sürüldü. Həmin qərardan məhkəməyə müraciət olunaraq, həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənildi və Binəqədi rayon məhkəməsi bu vəsatəti təmin etdi. .
R.Səfərov Müdafiə nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.