Qaçqınların əlindəkiləri alacaqlar

Danimarka, arxiv fotosu

-

Yanvarın 26-da Danimarka qanunvericiləri polisə icazə verib ki, qaçqınların qalma və ərzaq xərclərinin ödənməsi üçün üzərlərindəki 1500 dollardan artıq dəyəri olan əşyalar müsadirə olunsun.

Ötən il Danimarkaya 20 min qaçqın gedib. Bu, Avropa Birliyində adambaşına düşən qaçqın sayına görə ən yüksək rəqəmlərdəndir.

Danimarkada qəbul olunan qayda BMT baş katibinin sözçüsünün tənqidinə səbəb olub. Stephane Dujarric deyib ki, Avropaya gələn qaçqınlara “hörmətlə yanaşılmalı, qaçqınların bütün hüquqları qorunmalıdır.

Müxalifətdən olan siyasətçilər yeni qanunu “xəstə millətçilik”, miqrantları qorxutmaq addımı adlandırıblar.