Prezident naziri avtomatla hədələdi

Milos Zeman

Çexiyada müxtəlif siyasi dairələr prezident Milos Zemanın baş nazir Bohuslav Sobotkanı avtomat Kalaşnikovla hədələməsi ciddi narazılıq doğurub.

Zeman bazar ertəsi Tisnov şəhərində keçirilən mətbuat konfransında miqrantlara qarşı daha mötədil yanaşan baş nazir Sobotka ilə bağlı sualı cavablandırarkən deyib: Bir demokratik yol var-bu ümummilli seçkilərdir. Alternativ yol isə avtomat Kalaşnikovdur”.

Müxalifətdə olan Kommunist partiyasının rəhbəri Vojtěch Filip Zemanın dediklərinin nifrətamiz olduğunu bildirib.

Amma o ümid edir ki, Zeman yəqin ki, bunu zarafatca deyib.

“Vətəndaş Demokrat Partiyası”nın rəhbəri Petr Filip də bu cür bəyanatların prezidentə yaraşmadığını deyib.

Baş nazir Sobotkanın özü isə Zemanın dediklərini axmaqlıq adlandırıb və buna reaksiya vermək fikrində olmadığını deyib.

Amma o Tvitter səhifəsində yazıb ki, yəqin ki, biz sivilizasiyalı dünyada prezidentin acıq şəkildə baş nazirin ölümünə imkan verən yeganə ölkəyik.

Qeyd edək ki, Bouslav Sobotka və Milos Zeman solçu siyasətçilər olsalar da heç vaxt müttəfiq kimi sayılmırlar.

Başqa bir tərəfdən isə Yaxın Şərq və Şimali Afrikadan olan qaçqın axınına görə liderlər arasında dərin fikir ayrılığı yaranıb.