Aşqabadda Xəzər müzakirə olunur

Xələf Xələfov

Türkmənistanın paytaxtı Aşqabadda Xəzərin statusuna dair işçi qrupun növbəti iclası başlayıb.

Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan, Rusiya, İran və Qazaxıstan xarici işlər nazirlərinin müavinləri iştirak edirlər.

Azərbaycanı görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

Görüşdə məqsəd Xəzərin statusu ilə bağlı Konvensiya üzrə müzakirələri davam etdirməkdir.

Nümayəndə heyətləri dövlətlərinin bu məsələ və Xəzərdə əməkdaşlıqla bağlı mövqeyini təqdim ediblər.

İclas yanvarın 28-də davam edəcək.