BMT rəhbəri Bakıya gələcək

-

Aprelin 25-27-də Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Foruma BMT-nin Baş Katibi Ban Ki- moon-un qatılması gözlənilir.

Bu haqda mədəniyyət və turizm naziri Əbülfəz Qarayev foruma hazırlıqla bağlı yaradılan təşkilat komitəsinin yanvarın 27-də keçirilən toplantısında xəbər verib. Nazir forum hazırlıqlarının plan üzrə davam etdirildiyini bildirib.

Ə.Qarayevin bildirdiyinə görə, foruma 50-dək ölkə başçısı və yüksək səviyyəli dövlət rəsmiləri qatılacaq. BMT-nin baş katibi Ban Ki- moon-un forum çərçivəsində gənclərlə bağlı keçiriləcək tədbirə qatılması da planlaşdırılır. Forumun tədbirləri Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində təşkil olunacaq.