“NAZ-Lifan”dan daha bir açıqlama

Əlillər üçün NAZ Lifan maşınları, arxiv fotosu

-

Azərbaycanda “NAZ-Lifan” markalı avtomobillərin “NAZ-Lifan X-50”, “NAZ-Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb. Xəbəri Report.az yayıb.

Hazırdan Naxçıvan Avtomobil Zavodunda (NAZ) 6 modeldə “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edilir. Zavodda avtomobillərin bütün hissələri yığılır.

“NAZ-Lifan”ın Naxçıvan, Bakı və Xaçmaz şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları yaradılıb. Yaxın vaxtlarda isə bunların Gəncədə yaradılması nəzərdə tutulur.

Mühərrik və sürət qutusuna 40 min kilometr və ya 2 il zəmanət verilən avtomobillərin satışı nağd və ya kreditlə aparılır.

Yanvarın 25-də keçirilən konfransda dövlət başçısı İlham Əliyev məmurlara yerli mal almaq mesajı verdi və “NAZ-Lifan” almağı xüsusi qeyd etdi. Odur ki, son iki gündə bu avtomobillə bağlı açıqlamalar gəlməkdədir.