Rohani Fransadadır

Hassan Rohani Fransada

-

İran Prezidenti Hassan Rohani yanvarın 27-də Fransaya rəsmi səfərə gəlib. O, bir neçə kommersiya sazişinə imza atacaq. Söhbət 114 aerobus sərnişin təyyarəsinin alınmasından, Peugeot maşın istehsalçısı ilə tərəfdaşlıqdan gedir.

Fransa rəsmilərinin sözlərinə görə, Peugeot ilə İranın Khodro şirkətləri razılaşma imzalayacaq, 2017-ci ildən İranda 200 min Peugeot istehsal olunacaq.

Fransanın Total neft şirkəti İran xam neftinin alınmasında maraqlı olduğunu bildirib.

Rohani fransalı həmkarı Francois Hollande ulə görüşəcək.

Mühacirətdə yaşayan iranlı müxalifətçilər və fəallar isə insan haqları nümayişi planlaşdırırlar.

Yanvarın 16-da İrana beynəlxalq sanksiyalar qaldırılıb.