Biləsuvarda tikili, Bakıda maşın yanıb

Arxiv fotosu

-

Yanvarın 28-də Biləsuvar rayonunda 50 kv.m tikili yanıb. Yanğın saat 00:20-də söndürülüb.

Bakının Xətai rayonunda isə "DAEWOO" markalı maşında yanğın olub. Yanğın mühərrikdəki elektrik avadanlıqlarından başlayıb. Xəsarət alan olmayıb.

Xəbərləri Fövqəladə Hallar Nazirliyi saytı yayıb.