Azarova qarşı sanksiya dayandırıldı

Mykola Azarov

Lüksemburqda yerləşən Avropa Məhkəməsi 2014-cü ildə Ukraynanın keçmiş baş naziri Mykolay Azarov, onun oğlu, habelə Mərkəzi Bankın keçmiş rəhbəri Sergei Arbuzov və keçmiş energetika naziri Eduard Stavitskoya qarşı tətbiq edilmiş sanksiyaların qanunsuz olduğunu bəyan edib.

Onlar devrilmiş prezident Viktor Yanukovichin dövründə bu vəzifələrdə çalışıblar.

Məhkəmə qərara alıb ki, onların hərəkətləri ilə bağlı Ukraynada ilkin istintaqa başlandığı bir halda , bu şəxslərə qarşı sanksiya tətbiq edilə bilməz.

Bu barədə Ukraynada çıxan “Evropeiski pravda”” qəzeti məlumat yayıb.

Məhkəmənin qərarı yalnız Avropa Birliyinin tətbiq etdiyi sanksiyalara aiddir.