Qırğızıstanda hökumət rəsmisini tənid edən fəal Uran Botobekov ona kəsimiş yüksək məbləğdə cəriməni ödəməmək üçün ölkədən qaçıb.
Bu barədə AzadlıqRadiosunun qırğız xidməti yanvarın 27-də onun qohumlarına istinadla xəbər yayıb.
Buna səbəb Bişkek şəhər məhkəməsinin əvvəlki məhkəmə qərarını qüvvədə saxlaması olub.
Qırğızıstan Prezident Apparatı rəhbərinin köməkçisi İkramjan İlmiyanov Botobekovu ona böhtan atmaqda ittiham edir.
Botobekov yerli mətbuata müsahibəsində onun şəxsi mənfəət götürmək üçün nəşriyyat evinin özəlləşdirilməsində əli olduğunu bildirib.
Bundan sonra İlmiyanov onu məhkəməyə verib və məhkəmə Botobekovu 23 700 min dollar məbləğində cərimələyib.
Botobekov qərarın siyasi motivli olduğunu deyir.
Hazırda onun harda olduğu bəlli deyil.