“Suriya müxalifəti tarixi imkanı əldən verməməli və heç bir şərtsiz cümə günü Cenevrədə keçiriləcək sülh danışıqlarına gəlməlidir”
Bunu çərçənbə günü ABŞ Dövlət Departamenti bəyan edib:” Suriyadakı müxalifət fraksiyalarının Cenevrəyə gəlmək və atəşkəs razılaşmasının yerinə yetirilməsi ilə bağlı praktiki yol, humanitar çıxış və etibarın möhkəmləndirilməsi ilə bağlı tədbirlər təklif eləmək üçün tarixi şansları var. Və onlar bunu heç bir ilkin şərtsiz eləməlidirlər”, deyə Dövlət Departamentinin sözçüsü Mark Toner vurğulayıb.
O Vaşinqtonda keçirdiyi brifinqdə deyib ki, Suriya müxalifəti hansı tərəfin münaqişəyə ciddi yanaşması və siyasi həll istəməsini göstərmək üçün bu görüşə gəlməlidir.
5 ilə yaxındır ki, davam edən Suriya müharibəsində 250 mindən çox adam ölüb.
Rusiya bu münaqişədə prezident Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə Assada qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.