Stoltenberg yeni xarici təhlükələrdən danışdı

Jens Stoltenberg

“Ötən il göstərdi ki, xarici təhlükələr bizim daxili təhlükəsizliyimizə birbaşa əngəl ola bilər”.

Bunu NATO-nun baş katibi Jens Stoltenberq yanvarın 28-də Brüsseldə illik hesabatını açıqlayarkən deyib:

“Bu həm bizim ölkələrimizdə törədilən terror aktları, ikinci dünya müharibəsindən sonra görünmımiş qaçqın axını, Rusiyanın Ukraynada hərəkətləri və Rusiyanın bu yaxınlarda Suriya və Aralıq dənizində hərbi iştirakının genişlənməsidir”,deyə o bildirib.

Stoltenberg həmçinin qeyd edib ki, NATO2014-cü ildə hərbi xərclərin ixtisarını dayandırmalı olub.

Baş katib bildirib ki, buna səbəb Rusiyanın hərbi xərcləri artırması, Avropada sərhədləri hərbi güclə dəyişməyə cəhd eləməsidir və bu İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, baş verir.