Şimali Koreya yeni raket sınağı keçirə bilər

Foto arxiv

“Şimali Koreyanın obyektlərindən birindəki fəallıq Pxenyanın növbəti raket sınağına hazırlaşmasından xəbər verir.

Bunu Reutersə amerikalı mütəxəssislər deyib.

Onların sözlərinə görə müşahidələr zamanı Şimali Koreyadakı kosmodromda raket yanacağı komponentlərinin hərəkəti aşkar edilib.

Mütəxəssislər hesab edir ki, bu o deməkdir ki, Şimali Koreyada qitələrarası ballistik raket istehsalı üçün texnologiya mövcuddur.

Onların sözlərinə görə buraxılış yaxın həftələrdə baş verə bilər.

Şimali Koreyanın ötən ilin sentyabrında keçirdiyi növbəti sınaq qalmaqala səbəb olmuşdu.

Məlumatlara görə Pxenyan həmin vaxt hidrogen bombasının sınağını keçirib.

Pxenyanın özü sınağın uğurlu olduğunu desə də ABŞ bir qədər sonra onun hidrogen bombası olmasını şübhə altında qoydu.