-
Azərbaycan, Gürcüstan və Türkiyə sadələşdirilmiş ortaq gömrük prosedura yaradacaq. Mexanizmin əsas məqsədi yüklərin daşınmasını sürətləndirməkdir. ANS TV-nin Türkiyə gömrük və ticarət naziri Bülənt Tüfəkçiyə isnadən yaydığı xəbərdə bildirilir ki, bu məsələ Gürcüstan maliyyə nazir Nodar Xaduri ilə görüşündə müzakirə edilib.
B.Tüfəkçi Bakı-Tiflis-Qars dəmiryolu işə düşdükdən sonra daşımalarda bu yeniliyin faydasının hiss ediləcəyini xüsusi vurğulayıb.
Türkiyə naziri Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük orqanlarının iştirakı ilə elektron gömrük mexanizmi tətbiq olunacağını deyib. Bakı-Tiflis-Qars dəmiryolunun həyata keçməsindən sonra isə bu xətt ilə yükdaşımaların sadələşdirilmiş formada gömrük tənzimlənməsi mümkün olacağını bildirib. Onun sözlərinə görə, quru və dəniz daşımalarında da prosedurların asanlaşdırılması müzakirə olunur:
“Qafqaz tranzit koridoru və Xəzər dənizi ilə yüklərin daşınmasını sadələşdirmək məqsədilə bölgə ölkələri ilə gömrük sahəsində ortaq bir mexanizmin yaradılması istiqamətində işlər davam etdirilir”deyə B.Tüfəkçi qeyd edib.
Nazir TIR konvensiyasına uyqun daşınmaların sürətləndirilməsi üçün ilkin olaraq Gürcüstanla elektron TIR sazişi imzalandığını, sazişə əsasən TIR kitabçalarının artıq kağız yox, elektron formada olacağını, buraxılış məntəqələrində yoxlamaların vaxtını qısaldacağını deyib.