Azərbaycanda fəaliyyətsiz vergiödəyiciləri

Vergilər naziri Fazil Məmmədov

►Vergi ödəyicilərinin sayı gözə çox görünə bilər, amma... qeydiyyatda olan subyektlərin hər üçündən biri işləmir

Yanvar ayının əvvəlinə Azərbaycanda 269 min 554 fəal vergi ödəyicisi olub. Bunların 225 min 962-si fiziki şəxslərdir. AzadlıqRadiosuna Vergilər Nazirlyinin analitik-informasiya şöbəsində belə deyiblər.

Fəaliyyətdə olan və vergi ödəyən hüquqi şəxslərin sayı 43 min 592-dir. Bunların 32 min 229-u kommersiya şirkəti, qalanı (11 min 363) isə bələdiyyələr də daxil, kommersiyadankənar hüquqi şəxslərdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı il yanvarın 1-dək Azərbaycanda qeydiyyatda olan hüquqi şəxslərin sayı 100 mini aşıb. Daha 577 min vergi ödəyisici sahibkarlıqla məşğul olmaq üçün fiziki şəxs kimi qeydiyyata alınıb.

Beləliklə, Azərbaycanda qeydiyatda olan 677 min 321 vergi ödəyicisinin 39,7 faizi fəaldır. Qalanlar, VÖEN alsalar da, müxtəlif səbəblərdən fəaliyyət göstərə bilmirlər.