Ukraynali futbolçu "Qəbələ" və millidə

Foto arxiv

“Qəbələ”nin məşqçilər heyəti komandada baxışda olan futbolçu Pavel Paşayevə müsbət cavab verib.

Klubun məlumatına görə, 28 yaşlı futbolçu Roman Qriqorçukun etimadını doğruldub.

Razılaşmaya əsasən onunla 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Pavel Paşayev ötən ildən Azərbaycan millisinə dəvət olunub.

Ukraynanın U-17, U-19, U-21 millilərində forma geyən müdafiəçi Azərbaycan millisində 1 rəsmi oyun keçirib.

O, son olaraq Ukraynanın “Metallurq” (Zaporojye) klubunda oynayıb.