Tofiq Bəhramovun 91 illiyi qeyd edilir

Foto arxiv

Yanvarın 29-da məşhur Azərbaycan hakimi Tofiq Bəhramovun 91 yaşı tamam olur.

Tofiq Bəhramov 1925-ci il, yanvarın 29-da Ağdamda anadan olub.

Futbolçu karyerasına 1940-cı ildə başlayıb.

Tofiq Bəhramov əvvəlcə "Spartak"ın gənclərdən ibarət komandasında, sonra isə "Neftyannik"ə dəvət olunub.

Amma ayağından zədələndiyinə görə karyerasına erkən son qoymalı olub və bundan sonra hakim olmaq qərarına gəlib.

1951-ci ildən SSRİ çempionatına, 1964-cü ildən isə beynəlxalq oyunlara dəvət olunub.