Cenevrədə Suriya danışıqları başlayıb

De Mistura

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura müxalifətin boykotuna baxmayaraq yanvarın 29-da Cenevrədə rəsmi Dəməşqin nümayəndə heyəti ilə danışıqlara başlayıb.

Nümayəndə heyətinə Suriyanın BMT-ki elçisi Bashar Jaafari rəhbərlik edir.

Səudiyyə Ərəbistanın dəstəklədiyi müxalifət koalisiyası mühasirədə olan şəhərlərə humanitar yardım çatdırılması, atəşin dayandırılmasını tələb edir.

Həmçinin kürdlərin nümayəndələri görüşdə iştirak etmir.

5 ildir ki, davam edən Suriya münaqişəsində azı 250 min adam ölüb.