Donetskdə humanitar fəal itib

Donetsk yaxınlığında Ukrayna əsgəri

-

Ukraynalı humanitar fəal Maryna Cherenkova-nın Donetskdə separatçıların təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı bildirilir. Məsuliyyətli Vətəndaşlar (Responsible Citizens) qrupunun fəalları yanvarın 30-da sosial mediada yazıblar ki, Cherenkova gecə belə bir mesaj göndərib: “Məni MGB saxlayıb”. MGB separatçıların “təhlükəsizlik nazirliyi” deməkdir.

Fəallar bütün gecəni onu axtarıblar. Polis Cherenkova-nın yerini bilmədiyini bildirib.

Ukraynanın şərqində rusiyapərəst separatçılarla münaqişə başlanandan Cherenkova dinc əhaliyə humanitar yardım çatdırılmasında fəal iştirak edib.