Qazaxıstanda rusiyayönlü biznesmen saxlanıb

Şimkentdə pivə zavodu, arxiv fotosu

-

Qazaxıstan polisi Rusiya ilə sıx əlaqələri olan varlı biznesmeni saxlayıb.

Tokhtar Tuleshov yanvarın 30-da ölkənin cənubundakı Şimkent şəhərində xüsusi əməliyyat zamanı saxlanan 4 nəfərdən biridir. O, ölkənin ən böyük pivə zavodlarından birinin rəhbəridir.

Yerli media rəsmilərə istinadla yazır ki, polis saxlanan şəxslərin evindən odlu silah, narkotik maddələr tapıb. Ancaq onlara qarşı ittihamlar açıqlanmır.

Tuleshov Rusiyanın Terror Hədələrinin Təhlili Mərkəzinin Qazaxıstan bölməsinin rəhbəridir. O, həmçinin Rusiya parlamentinə iqtisadi əməkdaşlıq və dini məsələlər üzrə məsləhət verirdi.

Astanada son vaxtlar rusiyapərəst və millətçi fəallara təzyiqlər artıb.