Moskvada tekstil sexində 12 nəfər ölüb

Arxiv fotosu

-

Yanvarın 30-da Moskvanın şimal-şərqində tekstil sexində yanğın baş verib, 3 uşaq daxil olmaqla, 12 nəfər həlak olub. Yanğın nəticəsində sexin tavanı uçub.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, od vurma və səhlənkarlıq yanğının mümkün səbəbləri sırasındadır.

İnsan haqları ombudsmanının sözlərinə görə, ölənlər içində 3 uşaq var və qurbanlar əsasən miqrant fəhlələrdir.

Yanğın 3 min kvadrat metrlik ərazini əhatələyib və söndürülməsi 5 saat çəkib.