Ermənistanda 88-ci il zəlzələsinə dair etiraz aksiyası

Armenia -- A monument to Soviet soldiers, involved in clean-up operations after the December 7, 1988 earthquake, is unveiled in Spitak, December 7, 2015

Ermənistanda bir ailə üzvləri adları hökumətin tikdiyi ev siyahısından çıxarıldığı üçün günlərdir ki, yerli icra hakimiyyətinin binasının ağzını kəsdirib etiraz aksiyası keçirir.

Arayik Sardarian xanımı və iki uşağı ilə 1988-ci ilin zəlzələsində dağılan Aragatsonun Tsaghkahovit kəndindədir. Həmin zəlzələ vaxtı bir çox ailə evsiz qalmışdı.

Sardarian-ın atası zəlzələdən sonra yeni evlə təmin olunub, ancaq oğlu, indi 43 yaşında olan Arayik böyüyüb evlənəndən sonra oranı tərk edib.

Onları siyahıdan çıxarıblar

Arayik-in ailəsi yeni ev gözləyən Tsaghkahovitin sakinlərinin siyahısında idi. 2013-cü ildə onları siyahıdan çıxarıblar, yerli hökumət bunun səbəbini izah etmir. Ötən il kəndin 40-a yaxın sakininə yeni ev verilib.

Sardarian ailəsi keçən həftədən hər gün adminstrasiyanın binası qarşısında yerli qubernator Sargis Sahakiyanla görüşmək tələbi ilə bir neçə saat etiraz aksiyası keçirir.

“Hər hansı səhv olmayıb”

Sahakiyan deyir ki, yeni evlərin paylanması zamanı hər hansı səhvə yol verilməyib: “Biz Şəhər İnkişafı Nazirliyi ilə birlikdə il yarım sərf edib kimin evə ehtiyacı var, kimin yox, araşdırıb o adamların siyahısını hazırlamışıq. Biz evləri tələm-tələsik paylamamışıq”, - o, AzadlıqRadiosuna deyib.

Aragatson adminstrasiyasının veb saytında göstərilir ki, yeni evlər təkcə zəlzələ qurbanlarına yox, həm də kasıb ailələrə veriləcək.

Tsaghkahovitin rəhbəri Yervand Khachatrian bunu təsdiqləyib. O əlavə edib ki, iki ailə siyahıda olmasa da, ev proqramına daxil edilib. Khachatrian-ın sözlərinə görə, baş nazir Hovik Abrahamian bu adamları siyahıya salmağı şəxsən xahiş edib.