İran London sammitini ertələyir

İranın Neft Nazirliyinin qarşısı, arxiv fotosu

-

İran rəsmisi bildirir ki, qlobal neft şirkətləri ilə yeni kontraktların müzakirə olunacağı London konfransı təxirə salınıb.

“Tehrandakı Britaniya səfirliyi İran şirkətlərinin təmsilçilərinə viza verə bilməyib, belə ki, viza şöbəsi hələ işə başlamayıb”, İranın “Seda” jurnalı İran Milli Neft Şirkətinin direktoru müavini Ali Kardor-a istinadla yazıb.

Britaniya hökuməti hələlik məsələyə şərh verməyib.

Kardor deyib ki, xarici şirkətlər mayda yeni İran Neft Kontraklarında iştiraka dəvət olunacaqlar.

London görüşü 22-24 fevrala planlaşdırılırdı. BP, Total, Eni və digər şirkətlər daxil olmaqla, 100-dən artıq şirkət rəhbəri noyabrda Tehranda konfransa qatılıb, yeni kontraktları müzakirə edib.

Tehran beynəlxalq şirkətlərin cəlbi üçün neft müqavilələrinin şərtlərini şirnikləndirici etməyə çalışır.